Bank Of Baku

Tiflisdə “Kriminologiya və cinayətin aspektləri və nəticələri” mövzusunda beynəlxalq konfrans keçirilib

Tiflisdə “Kriminologiya və cinayətin aspektləri və nəticələri” mövzusunda beynəlxalq konfrans keçirilib
# 24 iyun 2010 15:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə “Kriminologiya və cinayətin aspektləri və nəticələri” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Norveç hökumətinin təşkilatçılığı ilə baş tutub. Tədbiri Avropa Komissiyasının Gürcüstandakı səlahiyyətli nümayəndəsi Per Eklund açaraq tədbirdə kriminologiya sahəsində çalışan və Avropanın bir çox ölkələrindən professional kriminalistlərinin iştirak etdiyini bildirib. Sonra Norveçin Gürcüstandakı səfiri İon Ramberq, Avropadan gələn eksperti İver Uitpeldi, kriminalistika üzrə professor Moris Şalıkaşvili, professor Nils Krist və başqaları çıxış edərək Gürcüstanda hər 100 min adama 385 nəfər məhbus düşdüyünü qeyd ediblər.

Konfransda Gürcüstan parlamentinin sədr müavini Rusudan Kervalişvili, Gürcüstanın cəzaçəkmə və azadetmə üzrə naziri Xatuna Kalmaxelidze, Avropa ekspertləri, Norveçin kriminal üzrə ekspertləri və bu sahə üzrə gürcü alimləri iştirak ediblər.

Gürcüstanın cəzaçəkmə və azadetmə üzrə naziri Xatuna Kalmaxelidze APA-ya açıqlamasında bildirib ki, Gürcüstanda çox sahələrdə olduğu kimi, kriminalistika sahəsində islahatlar gedir: “Kriminal sahədə həyata keçirdiyimiz islahatlarda Avropa ekspert və mütəxəssisləri bizə yaxından kömək edirlər. Bu gün Gürcüstan paytaxtında kriminal sahəyə həsr edilmiş beynəlxalq konfransı keçirməyimiz buna sübutdur. Norveç bizə demokratik yol ilə inkişaf etməyimizə yaxından kömək edir, yeni layihələr həyata keçirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR