Bank Of Baku

Qax və Şəki rayonlarına yağan leysan yağışlar bir sıra fəsadlar törədib

Qax və Şəki rayonlarına yağan leysan yağışlar bir sıra fəsadlar törədib
# 25 iyun 2010 07:37 (UTC +04:00)
Şəki. Vüqar Heydərov – APA. Azərbaycanın şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədilib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, dünən saat 20.00 radələrindən başlayaraq, yağan leysan yağışları daha çox Qax və Şəkidə problemlər yaradıb. Qax rayonunda bəzi ərazilərdə ağaclar və elektrik dirəkləri qırılıb.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Valeh Ələkbərov APA-ya bildirib ki, külək və leysan nəticəsində rayonun Baş Kəldək, Orağan, Bibeyif, Baş Küncüt, İncə, Çələbi Xan kəndlərində ağaclar qırılıb, elektrik dirəkləri aşıb, həyətyanı və əkin sahələri lillə dolub. Bir sıra evlərdə dağıntılar qeydə alınıb. Xırda buynuzlu heyvanlar və ev quşları tələf olub. V. Ələkbərov deyib ki, FHK tərəfindən fəsadların nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür, dəymiş ziyan hesablanır.

Məlumatlara görə, şimal-qərb rayonlarında taxıl sahələrinə də ziyan dəyib, məhsuldarlığın aşağı düşəcəyi gözlənilir.

Qeyd edək ki, son üç gün ərzində bölgəyə elektrik enerjisi fasilələrlə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR