Bank Of Baku

III qrupa sənəd verən abituriyentlər bu gündən “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər

III qrupa sənəd verən abituriyentlər bu gündən “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər
# 25 iyun 2010 08:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gündən III ixtisas qrupu üzrə sənəd verən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi İnternet saytına daxil olaraq, “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, “İmtahana buraxılış vərəqəsi”ni yalnız attestat qiymətlərini ərizələrinə daxil edərək təsdiqlədən abituriyentlər çap edə biləcəklər: “Sənədlərin təsdiq etdirməsində heç kim abituriyentlərdən pul, əlavə sənəd tələb edə bilməz. Artıq dövlət rüsumu ödənilib. Ərizələrinin təsdiqi üçün abituriyentlər yalnız attestatlarını təqdim etməlidirlər”.

M. Abbaszadənin sözlərinə görə, III ixtisas qrupu üzrə imtahanlar iyulun 4-də Bakı, Naxçıvan və Sumqayıtda keçiriləcək.

TQDK sədri bildirib ki, ali məktəbə sənəd verən 115 min abituriyentdən 67 min nəfəri artıq öz ərizəsini təsdiqlədib. Ərizələrini təsdiqlətməyənlər isə bu ilin məzunlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR