Bank Of Baku

Dolu yağması nəticəsində Gədəbəyin kənd təsərrüfatına ziyan dəyib

Dolu yağması nəticəsində Gədəbəyin kənd təsərrüfatına ziyan dəyib
# 25 iyun 2010 10:14 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Dünən axşam saatlarından başlayaraq qərb bölgəsinin şəhər və rayonlarına intensiv yağışlar yağıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yağıntı dağlıq rayon olan Gədəbəydə dolu ilə müşahidə edilib. Dolu yağması nəticəsində Gədəbəy rayonunun Slavyanka və digər kəndlərində kənd təsərrüfatına, əsasən də sakinlərin şəxsi kartof sahələrinə ziyan dəyib.
Digər şəhər və rayonlarda isə leysan xarakterli yağışlar yağıb. Tovuz rayonunda yağıntı daha intensiv olsa da, fəsad törətməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR