Bank Of Baku

İntiqam Babayev: “Rəsmi statistikaya əsasən Azərbaycanda olan 24 minə yaxın narkomanın təxminən 25 faizi gənclərdir”

İntiqam Babayev: “Rəsmi statistikaya əsasən Azərbaycanda olan 24 minə yaxın narkomanın təxminən 25 faizi gənclərdir”
# 25 iyun 2010 11:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib. O narkomaniya bəlasının digər ölkələrdə olduğu kimi, Azərbaycandan da yan keçmədiyini deyib: “Azərbaycanda narkomaniya var, rəsmi statistikaya əsasən təxminən 24 minə yaxın narkoman qeydiyyata alınıb, onların təxminən 6 min nəfəri gənclərdir. Amma beynəlxalq mütəxəssislərin də rəyi ondan ibarətdir ki, hər bir rəsmi statistika real vəziyyəti əks etdirmir. Onu müxtəlif faizlərə vururlar, amma narkomanların sayından olmayaraq – bu, problemdir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Azərbaycanda da müvafiq qurumlar, o cümlədən Gənclər və İdman Nazirliyi tərəfindən gənclərimizin bu bəlaya düçar olmaması üçün müvafiq tədbirlər görülür. Bizim əsas işimiz profilaktik işlərin aparılmasıdır. Dövlət gənclər siyasətinin imkanları, vəsaitləri ona yönəlməlidir ki, bu gün sağlam olan gənclərimiz narkoman olmasınlar. Narkomaniya ilə bağlı regionlarda il boyu kampaniyalar keçiririk və çalışırıq ki, bu kampaniya çərçivəsində müasir təbliğat metodlarından istifadə edək ki, gənclərə bu fikirlər çatsın. 26 iyun – beynəlxalq narkomaniyaya qarşı mübarizə günü ilə bağlı olaraq Bakı və regionlarda müxtəlif tədbirlər keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR