Bank Of Baku

Azərbaycan paytaxtında “palçıqlı yağış” yağmasının səbəbi açıqlanıb

Azərbaycan paytaxtında “palçıqlı yağış” yağmasının səbəbi açıqlanıb
# 25 iyun 2010 12:10 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Məmmədhüseyn Müslümov deyib.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı az - 0,8 mm olub. Departament direktoru hesab edir ki, yağış bir qədər davam etsəydi və yağıntının miqdarı 3-4 mm çox olsaydı, səthlərin üzərində heç bir ləkə qalmayacaqdı.

M. Müslümovun sözlərinə görə, belə yağıntıların baş verməsində digər amillərin də müəyyən qədər rolu olub: “Bu gün paytaxtda geniş abadlaşdırma, tikinti işləri aparılır. Bakı da küləklər şəhəri olduğundan əsən külək yerdə olan tozu havaya qaldırıb və səthin üzərinə yayıb. Müşahidələr göstərir ki, havada da tozun miqdarı normadan artıq olub. Düşən yağıntı tozu da yuyub və səthin üzərindəki tozun da üzərinə düşəndə islanıb, onun yuyulmasına kifayət etməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR