Bank Of Baku

Azərbaycanda havanın hərarəti aşağı düşəcək, yağışlar yağacaq

Azərbaycanda havanın hərarəti aşağı düşəcək, yağışlar yağacaq
# 14 iyul 2010 11:35 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya daxil olan məlumata görə, havanın hərarətinin azalması növbəti günlərdə də davam edəcək.

İyulun 15-də Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 23-26, gündüz 30-33 dərəcə olacaq. İyulun 16-da da eyni hava şəraiti davam edəcək, iyulun 17-də isə əsasən yağmursuz olacaq.

İyulun 15-də rayonlarda əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağması və dolu düşməsi ehtimalı var. Havanın temperaturu gecə 22-27, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq. İyulun 16-17-də havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR