Bank Of Baku

“Azərbaycanda milli preventiv mexanizmdə ictimai iştirakçılıq” mövzusunda konfrans keçirilib

“Azərbaycanda milli preventiv mexanizmdə ictimai iştirakçılıq” mövzusunda konfrans keçirilib
# 14 iyul 2010 11:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakıda “Azərbaycanda milli preventiv mexanizmdə ictimai iştirakçılıq” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransın təşkilatçısı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ictimai təşkilatların bu cür mexanizmdən kənarda qalmasına etiraz edib: “Bildiyimiz kimi Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) əlavə protokoluna qoşulub. Həmin protokola əsasən, qeyri-insani işgəncələrə qarşı mübarizə Ombudsman Aparatına həvalə olunub. Lakin bu prosesdə ictimai təşkilatlar da iştirak etməlidirlər. Çox təəssüf ki, biz bu işlərdən kənarda qalırıq”. Tədbirdə iştirak edən ATƏT-in Bakı Ofisinin əməkdaşı Monika Martinez və başqaları çıxış edərək, işgəncələrlə mübarizə prosesində ictimai təşkilatların iştirakının vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR