Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri son bir ildə 8,7% artıb
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Fondun sədri Səlim Müslümov qeyd edib ki, ölkədə davam etdirilən islahatlar nəticəsində Azərbaycanın iqtisadi inkişafı və aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində çoxsaylı tədbirlərin icrası cari ilin 6 ayı ərzində də davam edib: «Hazırda Azərbaycanda orta əməkhaqqı təxminən 400 ABŞ dolları təşkil edir, orta pensiyaların həcmi isə təxminən 130 dollardır».
S.Müslümov onu da bildirib ki, 2010-cu ilin yanvar-iyun ayları ərzində DSMF-nin gəlirləri 824,7 mln. manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 65,8 mln. manat və ya 8,7% çoxdur. Göstərilən dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 6,7% artıb. Torpaq pay mülkiyyətçilərindən qeyd olunan təyinat üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 90,7% artıb.
S.Müslümovun sözlərinə görə, hesabat dövründə Fondun xərcləri 802,4 mln. manat təşkil edib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 96,8% və ya 777,1 mln. manatı yönəldilib.
DSMF rəhbəri onu da qeyd edib ki, cari ilin 6 ayı ərzində Fond tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə iyulun 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə çatıb.
Fondun sədri həmçinin bildirib ki, pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib: “Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100%-i, kəndlərdə isə 96,7%-i, ümumilikdə ödəniş aparılan pensiyaçıların 98,4%-i pensiyasını plastik kartlarla alır”.
Kollegiya iclasında həmçinin “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti müzakirə edilib. Müzakirələr zamanı sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması xüsusi diqqət mərkəzində olub.
Tədbirdə həmçinin Fondun yerli orqanlarının 2010-cu ilin yanvar-iyun aylarında fəaliyyəti ətraflı təhlil edilib. Fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.
Sosial
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Xəbər Lenti
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutulub
Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək
Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi yaradılıb - FOTO
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Tural Gəncəliyev: Lyayenin mesajları Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb - FOTO - YENİLƏNİB-3
Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib
İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur
Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
ADB: Azərbaycan elektromobillər və elektrik avtobuslarından ildə 18 mln. dollara qədər karbon gəliri əldə edə bilər
Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək
Aİ lideri Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən danışıb: Bunun mükafatı çox böyük olacaq
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub - FOTO
Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər
Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
QDTİB-nin "SOCAR Trading"ə ayırdığı maliyyələşmə 70 mln. dollara çatıb
Ursula Fon der Lyayen: Aİ Ermənistana daha 18 milyon avro yardım edəcək
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib
Bağçalara uşaqların elektron qəbulu başlanılır
Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır
Azərbaycan-Aİ münasibətlərində yeni strateji mərhələ: Bakı Avropanın enerji və bağlantı xəritəsində rolunu daha da gücləndirir - RƏY
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi açıqlanıb
SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub - FOTO
Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq
İdarə rəisi: Azərbaycan Ordusu beynəlxalq sülhün təmin olunmasına mühüm töhfələr verir
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb