Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi Lənkəranda tədbir keçirib

İqtisadi İnkişaf Nazirliyi Lənkəranda tədbir keçirib
# 14 iyul 2010 19:47 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyulun 14-də İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Lənkəran şəhərində “Region sahibkarlarının maarifləndirilməsi” mövzusunda seminar keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran iqtisadi rayonundan bir qrup sahibkarın iştirak etdiyi tədbirdə İİN-nin əməkdaşları Zaur Qasımov, Xəzər Bəşirov və Rüstəm Mahmudov çıxış edərək, Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin gündən-günə gücləndirilməsindən, bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilməsindən, eləcə də ölkənin regionlarında sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələrdən söz açıblar. Çıxışlarda ölkə başçısının 14 may 2010-cu il tarixli “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanının qeyri-neft sektorunun inkişafına, idxal-ixrac əməliyyatlarının stimullaşdırılmasına səbəb olduğu, nəticə etibarı ilə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin sayının azaldıldığı, ixracatçılar üçün daha münbit şəraitin yaradıldığı razılıqla qeyd olunub.
Tədbir çərçivəsində İİN və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə yaradılmış elektron ticarət portalının təqdimatı keçirilib, www.b2b.az portalının biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR