Bank Of Baku

Tələbələr üçün Liderlik Məktəbi təşkil olunacaq

Tələbələr üçün Liderlik Məktəbi təşkil olunacaq
# 15 iyul 2010 11:08 (UTC +04:00)
Bakı – APA. İyulun 28-dən başlayaraq Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə Lənkəran şəhərində 1-ci və 2-ci kurs tələbələri üçün Liderlik Məktəbi adlı layihə həyata keçiriləcək. Nazirlikdən APA-ya verilən məlumata görə, Liderlik Məktəbində 39 ali təhsil müəssisəsindən 130 tələbənin iştirak edəcəyi gözlənilir.

Layihə çərçivəsində tələbələrə liderlik və təşkilati quruculuq, ictimaiyyətlə əlaqələr, layihələrin yazılması və idarə olunması, maliyyə vəsaitinin toplanması mövzuları üzrə təlimlər keçiləcək. Bununla yanaşı, millət vəkilləri, müxtəlif dövlət orqanlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılarla tələbələrin görüşləri keçiriləcək, regionun tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq. Layihə 4 avqust tarixinədək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2009-cu ilin noyabrında yaranıb. İttifaq özündə dövlət və özəl olmaqla 39 ali təhsil müəssisəsini birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR