Bank Of Baku

Mirzə Fətəli Axundov adına Milli Kitabxana dünya elektron kitabxanasında təmsil olunacaq

Mirzə Fətəli Axundov adına Milli Kitabxana dünya elektron kitabxanasında təmsil olunacaq
# 15 iyul 2010 11:54 (UTC +04:00)
Bakı – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxana dünya elektron kitabxanasında təmsil olunmaq hüququ qazanıb. APA-nın məlumatına görə, dünya elektron kitabxanası ideyası 2009-cu ildə yaranıb. Bu haqda təklif kitabxanaçıların beynəlxalq toplantısında ABŞ-ın Konqres, Misirin İsgəndəriyyə və Braziliya Milli Kitabxanası tərəfindən irəli sürülüb.

İyun ayında Vaşinqtonda layihənin təqdimat mərasimi keçirilib. 64 ölkə ilə yanaşı, Azərbaycan da kitabxanada təmsil olunmaq hüququ qazanıb. Bunun nəticəsində dünya oxucuları Azərbaycan həqiqətləri, ölkənin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı və digər sahələri haqqında istənilən məlumatı əldə edə biləcəklər. Məlumatlar dünya elektron kitabxanasında 7 dildə yerləşdiriləcək.

Hazırda Milli Kitabxananın Elektron resursların yaradılması şöbəsi kitabxanaya daxil olan yeni materiallar, oxucular tərəfindən daha çox tələb olunan ədəbiyyatın siyahısı əsasında iş aparır. Həmçinin Azərbaycan milli mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Köhnə qəzet və jurnalların elektron versiyası da hazırlanır. Artıq "Əkinçi" ,"Sədayi haqq" qəzetlərinin, "Füyuzat" və "Babayi Əmir" jurnallarının elektron versiyaları tam hazırdır. Milli Kitabxananın Elektron informasiya xidməti və Kitabxanalararası abonement şöbəsində isə 1993-2010-cu illərdə çap olunan bütün ədəbiyyat nümunələri kataloqlarda yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR