Bank Of Baku

Prezident yanında Elmin İnkişafı Fondu qrant layihələri üçün 6 milyon 100 min manat ayırıb - FOTO

Prezident yanında Elmin İnkişafı Fondu qrant layihələri üçün 6 milyon 100 min manat ayırıb - <font color=red>FOTO</font>
# 16 iyul 2010 10:45 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universitetində (BDU) Prezident yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə dair tədbir keçirilib.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Elçin Babayev bildirib ki, əsas məqsəd ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramlar və layihələri maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaqdan ibarətdir: “Qrantların verilməsində konkret bir məbləğ üzərində dayanılmayıb. Qrantlar kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya bölünüb. Öz xarakterinə görə qrant layihələri bir elm və ya bir neçə elm sahəsini əhatə edə bilər”.

İldə iki dəfə belə müsabiqələrin keçirilməsinin nəzərdə tutulduğunu deyən E. Babayevin sözlərinə görə, nəticələr hər ilin may və noyabr aylarının 10-da məlum olacaq. Cari il üçün qrant maliyyələşdirilməsinin həcmi 6 milyon 100 min manat məbləğindədir.
İlk müsabiqədə iştirak etmək üçün ərizə qəbulu iyulun 1-də başlayıb və sentyabrın 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR