Bank Of Baku

Respublika Gənclər Kitabxanası orduya həsr olunmuş layihə həyata keçirir

Respublika Gənclər Kitabxanası orduya həsr olunmuş layihə həyata keçirir
# 16 iyul 2010 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ordusuna həsr olunmuş layihə həyata keçirir. Layihə əsasında kitabxananın saytında “Dağlıq Qarabağ problemi”, “Bunu hər kəs bilməlidir: Azərbaycanın qanlı tarixi”, “Onları hamı tanımalıdır” linkləri hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, kitabxanada “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş, “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimat mərasimi, Milli Qəhrəman Nizami Məmmədovun anım gününə həsr olunmuş “Xalq qəhrəmanlığı unutmur” mövzusunda dəyirmi masa, “Şəhid ailəsinə mənəvi dəstək” mövzusunda şəhid ailələri və milli qəhrəman anaları ilə görüş keçirilib.

Layihə çərçivəsində hüquq elmləri namizədi Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabı nəşr edilib. Kitabın təqdimat mərasimi iyulun 24-də Quba şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR