Bank Of Baku

Azərbaycan ərazisində havanın hərarəti yenidən yüksəlməyə başlayacaq

Azərbaycan ərazisində havanın hərarəti yenidən yüksəlməyə başlayacaq
# 16 iyul 2010 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sabahdan başlayaraq Azərbaycan ərazisində havanın hərarəti yenə artmağa başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya daxil olan məlumata görə, sabah paytaxtda hava yağmursuz, dəyişkən buludlu olacaq, havanın temperaturu gecə 22-24, gündüz 32-35 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 18-də hava az buludlu və yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 23-25, gündüz 34-37 dərəcə, iyulun 19-da gecə 23-26, gündüz 35-38 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 17-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

İyulun 18-19-da isə əsasən yağmursuz, 19-da gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, 19-da qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR