Bank Of Baku

Səbayel rayon icra hakimiyyətində idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Səbayel rayon icra hakimiyyətində idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib
# 16 iyul 2010 12:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə iclası keçirilib. İH-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib. İcra başçısı Asif Əsgərov 2010-cu ilin altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 10996,5 milyon manatlıq sənaye məhsulu göndərildiyini və ya xidmətlər göstərildiyini və bunun əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61.4 faiz çox olduğunu qeyd edib. A. Əsgərov rayonda çalışan işçilərin sayının 84181 nəfər, orta aylıq əmək haqqının məbləğinin isə 837,7 manat olduğunu qeyd edib. Bu ilin birinci yarısında rayonda 616 yeni iş yerinin açıldığını deyən icra başçısı rayon ərazisində aparılan yenidənqurma və abadlıq işlərindən d danışıb.

O, birinci yarım illikdə ünvanlı sosial yardım almaq üçün 143 ailənin (596 ailə üzvü) müraciət etdiyini, orta hesabla hər bir ailəyə 103 manat sosial yardım təyin olunduğunu deyib. Həmçinin rayonda “Ekologiya ili” çərçivəsində 23500 ədəd yeni ağac əkilib, ümumilikdə 2010-cu il ərzində 38000 ağacın əkilməsi planlaşdırılıb.

İclasda rayonun bir sıra xidmətlərinin rəhbərləri iclasda çıxış edib, əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR