Bank Of Baku

Lənkəranlı gənclər Biləsuvarda şəhid Mübariz İbrahimovun ailə üzvlərinə baş çəkiblər - FOTO

Lənkəranlı gənclər Biləsuvarda şəhid Mübariz İbrahimovun ailə üzvlərinə baş çəkiblər - <font color=red>FOTO</font>
# 16 iyul 2010 19:45 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev – APA. Lənkəran rayonundan 100-ə yaxın gənc avtomobil karvanı ilə bu il iyunun 18-də cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun Azərbaycanın Biləsuvar rayonunun Əliabad kəndində yaşayan ailə üzvlərinə baş çəkib. APA-nın Cənub bürosunun məlumatına görə, bu gün baş tutan aksiya zamanı lənkəranlı gənclər qəhrəman gizirin doğulduğu evi ziyarət edərək, ailə üzvləri, yaxınları ilə görüşüb, ailənin kədərini paylaşıblar. Onlar bütün gəncləri Mübariz kimi görmək istədiklərini, özlərinin də hər vaxt Vətən uğrunda şəhidliyə hazır olduqlarını bəyan ediblər. Uzaq yol qət edərək onların dərdinə şərik çıxdıqları üçün Mübariz Qurbanovun atası Ağakərim kişi və anası Şamama xanım lənkəranlı gənclərə, eləcə də övladlarının xatirəsini əziz tutan bütün ölkə əhalisinə minnətdarlığını çatdırıblar.

Ailə üzvləri ilə görüşən lənkəranlı gənclər bundan sonra da bu ocağı Mübarizin şəhid ruhu xatirinə özlərinə daim müqəddəs biləcəklərini, ziyarət edəcəklərini, igid soydaşımızla daim öyünəcəklərini dilə gətiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR