Bank Of Baku

Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb

Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb
# 17 iyul 2010 15:25 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilib.

Cari tədris ilində IV ixtisas qrupu üzrə 15348 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14173 nəfəri Azərbaycan bölməsinin, 1175 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7118 nəfərini oğlanlar, 8230 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 86 abituriyent xarici ölkələrin vətəndaşıdır. 59 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 458 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1950-ci ildən, ən gənc isə 1995-ci ildəndir.

Qəbul imtahanı Bakı şəhərində 27, Naxçıvan şəhərində 3 binada aparılıb. Saat 06:00-dan etibarən imtahan rəhbərləri mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə müvafiq sənədlərlə imtahan binalarına yola salınıblar. İlk olaraq Naxçıvan şəhərində keçirilən imtahan prosesini idarə etmək üçün cəlb olunmuş TQDK nümayəndələri, imtahan rəhbərləri və nəzarətçilər yola salınıb.

İmtahan zamanı təhlükəsizliyi təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən imtahan binalarının mühafizəsi təşkil olunub.

İmtahanın gedişi ərzində imtahan binalarının qarşısında Səhiyyə Nazirliyinin növbətçi Təcili Tibbi Yardım heyəti, həmçinin Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları olublar. İmtahanın gedişini 23 KİV-in 40-dək nümayəndəsi izləyib.

TQDK abituriyentlərin rahat şəkildə imtahan verməsi, öz biliklərini maksimal dərəcədə nümayiş etdirməsi üçün bütün metodiki və təşkilati işləri həyata keçirib və imtahan prosesi uğurla başa çatdırılıb.

İmtahandan dərhal sonra test tapşırıqlarının ekspertizası aparılıb. Saat 19:20-dan «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. İyulun 18-dən etibarən cavab kartlarının emalına başlanacaq və imtahanın nəticələri yaxın günlərdə elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR