Bank Of Baku

Vyanada QİÇS-lə mübarizəyə həsr olunan Ümumdünya konfrans keçiriləcək

Vyanada QİÇS-lə mübarizəyə həsr olunan Ümumdünya konfrans keçiriləcək
# 18 iyul 2010 03:34 (UTC +04:00)
Bakı-APA. Avstriyanın paytaxtı Vyanada QİÇS-lə mübarizəyə həsr olunan Ümumdünya konfrans keçiriləcək.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, konfransda bütün dünya ölkələrindən 25 min nümayəndə iştirak edəcək. Əsas mövzulardan biri Şərqi Avropada və Orta Asiyada narkomaniyanın artması nəticəsində İİV/ QİÇS-in geniş yayılmasıdır. Bununla yanaşı görüşdə QİÇS xəstələrinin hüquqlarının qorunması məsələsi də müzakirə olacaq.
Qeyd edək ki, hazırda dünyada 60 mln İİV daşıyıcısı var.
Konfransda ABŞ-ın keçmiş prezidenti Bill Klinton və ABŞ-ın hazırkı prezidenti Barak Obamanın bacısı Auma Obama iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR