Bank Of Baku

Azərbaycanlı gənclər Rondine Sülh Şəhərciyində oxuyacaq - FOTO

Azərbaycanlı gənclər Rondine Sülh Şəhərciyində oxuyacaq - <font color=red> FOTO</font>
# 19 iyul 2010 08:48 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev İtaliyanın Arezzo şəhərində fəaliyyət göstərən Rondine Sülh Şəhərciyi Assosiasiyasının prezidenti Franko Vakkarinin başçılıq etdiyi nümayəndə həyətini qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi bu ilin may ayında İtaliya və Qafqaz ölkələrindən olan nümayəndələrin iştirakı ilə İtaliyada keçirilmiş beynəlxalq konfrans zamanı qəbul edilmiş “Qafqazda sülh üçün 14 maddə” adlı sənədin ölkə ictimaiyyətinə təqdimatı, eləcə də assosiasiyanın Sülh Şəhərciyinə qəbul ediləcək azərbaycanlı gənclərin seçilməsidir.

Qonaqları salamlayan İ. Əliyev Azərbaycanın qloballaşmada rolundan, dünya enerji təhlükəsizliyində önəmindən, böhran vəziyyətində uğurlu inkişafından söz açıb. Qarabağ məsələsindən danışan professor bu problemin BMT, ATƏT və Avropa Birliyinin vasitəçiliyi ilə həll ediləcəyinə inandığını söyləyib.

F. Vakkari isə bildirib ki, Rondine Sülh Şəhərciyində münaqişə zonalarından olan bir çox əcnəbi tələbə yaşayır. Şəhərcik onların dostluq ruhunda formalaşmasına, mənən zənginləşməyə kömək edir. O qeyd edib ki, şəhərcikdə tələbələr müxtəlif layihələrdə, konfranslarda iştirak edə, İtaliya dilini və ədəbiyyatını öyrənə bilərlər. Qonaq Azərbaycan gənclərini də Rondine şəhərciyinə cəlb etmək arzusunda olduğunu söyləyib.

Sonda prorektor İ. Əliyev qonağın bu təklifini bəyəndiyini, əməkdaşlıq barədə müvafiq sənədi imzalamağa hazır olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR