Bank Of Baku

Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı 33% artıb

Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı 33% artıb
# 19 iyul 2010 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. 2010-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci yarımilində quruma daxil olan 1147 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.

Qeyd olunan dövr ərzində DSMF-yə MDB ölkələrindən 800 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlıdır.

Müraciətlərin sayına görə növbəti yerdə Türkiyə gəlir. Bu ölkədən fonda 73 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 274 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR