Bank Of Baku

Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin simpoziumu keçiriləcək

Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin simpoziumu keçiriləcək
# 19 iyul 2010 09:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz, Xəzər universitetləri, Londonun Konfliktlər və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-23-də Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu keçiriləcək. Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, tədbirin əsas məqsədləri beynəlxalq münasibətlər üzrə ekspertlərin regionun siyasi və ictimai həyatında iştirakını təmin etmək, beynəlxalq münasibətlər sahəsi üzrə təhsil alan gənclərin akademik mühakimədə rollarını artırmaq və onları daha səmərəli tədqiqatlara yönəltmək, region üzrə tanınmış beynəlxalq ekspertlərin nailiyyətlərini qiymətləndirməkdir.

Simpoziumda 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Bu tədbirin ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR