Bank Of Baku

Milli QHT Forumu Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə bağlı tədbir keçirib - FOTO

Milli QHT Forumu Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə bağlı tədbir keçirib - <font color=red>FOTO</font>
# 19 iyul 2010 09:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Milli QHT Forumu (MQF) Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən forumun prezidenti Rauf Zeyni bu əlamətdar bayram münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib. Azərbaycan mətbuatının keçmiş olduğu çətin və şərəfli yoldan danışan R. Zeyni jurnalistlərin bu gün ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edib: “Bilirik ki, bu gün jurnalistlərimizin böyük problemləri var. Lakin ümid edirik ki, o problemlər tezliklə həllini tapacaq”.

Daha sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Elman Paşayev milli mətbuatının 135 illik yubileyi ilə bağlı ölkə jurnalistlərini təbrik edib. Azərbaycan jurnalistikasının böyük tarix yaşadığını vurğulayan E. Paşayev Azərbaycan dövlətinin media təmsilçilərinə hər zaman diqqət və qayğı ilə yanaşdığını qeyd edib.

Sonda MQF ölkədə fəaliyyət göstərən televiziyaları, informasiya agentliklərini, xəbər portalları və qəzetləri fəxri diplomla təltif edib. Təltif olunan media qurumlarının siyahısında APA İnformasiya Agentliyi, lent.az və vesti.az portalları da var. APA agentliyi həmçinin ən operativ media qurumu kimi “Millennium” Turizm Şirkətinin xüsusi hədiyyəsi ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR