Bank Of Baku

Bakıda havanın hərarəti 38 dərəcəyədək artacaq

Bakıda havanın hərarəti 38 dərəcəyədək artacaq
# 19 iyul 2010 10:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İyulun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti olacaq. İyulun 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, şimal küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə təşkil edəcək.

İyulun 20-21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR