Bank Of Baku

Elmira Süleymanova Balakən rayonunda ictimai dinləmələr keçirib

Elmira Süleymanova Balakən rayonunda ictimai dinləmələr keçirib
# 19 iyul 2010 12:24 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Balakən rayonuna səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Ombudsman E. Süleymanova rayona səfəri çərçivəsində ilk öncə Balakən rayon Polis Şöbəsində olub, burada müvəqqəti saxlama təcridxanasına baxış keçirib, müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olub. Ombudsman daha sonra Balakən rayon icra hakimiyyəti aparatında ictimai dinləmələr keçirib. İctimai dinləməlrdə rayon icra hakimiyyətinin, bələdiyyələrin, məhkəmə və hüquq mühafizə orqanlarının, 109 saylı DSK-nın nümayəndələri iştirak ediblər. Tdəbirdə çıxış edən E. Süleymanova 2010-cu ilin seçki ili olduğunu bildirərək qarşıdakı seçkilərin demokratik və şəffaf keçirilməsinin vacibliyini dilə gətirib. O, dairə seçki komissiyalarının üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində tövsiyələrini verib. İctimai dinləmələrdən sonra ombudsman E. Süleymanova yeni istifadəyə verilmiş Balakən Mərkəzi Rayon Xəstəxanasının binası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə yardımı hesabına inşa edilərək istifadəyə verilmiş 480 yerlik Qaysa kənd orta məktəbinin inzibati binasına baxış keçirib. Balakən RİH-dən verilən məlumata əsasən, ombudsman E. Süleymanova günün ikinci yarısında Gürcüstan dövləti ilə sərhəd keçid məntəqəsi olan “Mazımçay” məntəqəsində olacaq, sərhəd keçid məntəqəsində aparılmış yenidənqurma və təmir işləri ilə yaxından tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR