Bank Of Baku

Rusiya tələbə-gənclərinin nümayəndə heyəti BDU-da olub – FOTO

Rusiya tələbə-gənclərinin nümayəndə heyəti BDU-da olub – <font color=red>FOTO </font>
# 19 iyul 2010 12:29 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universitetində Rusiya Federasiyası tələbə və gənclərinin nümayəndə heyəti ilə görüş keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, universitetin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Şərqin ilk ali təhsil ocağı olan BDU haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, Rusiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Rusiya Federasiyası Gənclər İctimai Palatasının rəhbəri Vadim Yurko isə iki ölkə gəncləri arasında əlaqələri inkişaf etdirməyin zəruriliyindən, bu məsələdə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rolundan, Bakı Dövlət və Moskva Dövlət universitetləri tələbələrinin əməkdaşlığının yeni mərhələyə keçməsindən, Azərbaycan tələbələri üçün MDU-da təhsil almaq üçün yaradılmış şəraitdən danışıb.

Sonra qonaqlar universitetlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR