Bank Of Baku

Azərbaycanda əlillərin mərkəzləşdirilmiş informasiya bazası yaradılır

Azərbaycanda əlillərin mərkəzləşdirilmiş informasiya bazası yaradılır
# 20 iyul 2010 09:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələcəkdə Peşə Standartları Mərkəzi yaratmağı planlaşdırır. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov verib. Onun sözlərinə görə, bunun üçün müvafiq hüquqi baza yaradılmalıdır. İşçilər və işəgötürənlər arasında əmək müqaviləsinin bağlanma səviyyəsinin hələ də yüksək olmadığını deyən F. Ələkbərov istehsalatda bədbəxt hadisələrin sayının azaldığını söyləyib. Nazirin sözlərinə görə, yoxsulluğun azaldılmasında ünvanlı sosial yardım mexanizminin tətbiqi mühüm rol oynayıb.
F. Ələkbərov deyib ki, əlillərin mərkəzləşdirilmiş informasiya bazası yaradılır. Bu baza gələcəkdə sənədlərin korporativ şəbəkə vasitəsilə dövriyyəsinə imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR