Bank Of Baku

Bu il Azərbaycanda 132945 ailə ünvanlı dövlət sosial yardımı alıb

Bu il Azərbaycanda 132945 ailə ünvanlı dövlət sosial yardımı alıb
# 20 iyul 2010 10:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2010-cu ilin ilk 6 ayinin nəticələrinə həsr olunmuş genişləndirilmiş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, bu ilin ilk 6 ayında da 132945 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. Həmin ailələrin hər birinə ayda orta hesabla 112,98 manat ünvanlı yardım ödənilib. Yardım təyin olunan ailələrdən 41206-ı ilk dəfə ünvanlı dövlət sosial yardım alanlardır ki, bu da yardım alanların 31%-ni təşkil edir. 2009-cu ildə ünvanlı sosial yardım təyin olunmuş 144844 ailədən 87871 (60,7%) ailə hazırda yardım almaqda davam edir. Yardım alan ailələrdən 94,9 faizi vəsaiti plastik kart vasitəsi ilə alır. Nazir deyib ki, görülən işlərin yeni mərhələsi kimi ünvanlı yardım alan ailələrin reabilitasiya yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması nəzərdə tutulur. Bunun üçün nazirlik tərəfindən hüquqi bazanın təkmilləşdirilməsi işinə başlanılıb.

Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli isə bildirib ki, qeyd olunan müddətdə Məşğulluq Xidməti orqanlarına 21416 nəfər işaxtaran vətəndaş müraciət edib ki, onlardan da 11159 nəfər münasib işlə təmin edilib, 815 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Həmşinin 2310 nəfər peşə hazırlığına kurslarına cəlb edilib. Bakı və Naxçıvan şəhər, eləcə də Göyçay rayon Regional Peşə Tədrisi Mərkəzlərində 1227 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Eyni zamanda, Məşğulluq Xidməti orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhkumluq müddətinin bitməsinə az qalmış 45 yəfər şəxs ““Elektrik qaz qaynaqçısı”, və “Avtomobilin təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kurslarına cəlb olunub. Cari ilin birinci yarısında respublikanın 10 şəhər və rayonunda keçirilən yarmarkalar nəticəsində 861 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub. Həmçinin 97 nəfər peşə hazırlığı kurslarına, 90 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 1888 nəfər işsiz vətəndaş, o cümlədən 1020 nəfər qadın, 896 nəfər gənc, 82 nəfər qaçqın və məcburi köçkün, 12 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub.

Bu müddətdə Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 271 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub. Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin birinci yarısında 62100 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR