Bank Of Baku

Bu il Azərbaycanda 340 əcnəbiyə əmək fəaliyyətinə görə fərdi icazə verilməsindən imtina edilib

Bu il Azərbaycanda 340 əcnəbiyə əmək fəaliyyətinə görə fərdi icazə verilməsindən imtina edilib
# 20 iyul 2010 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, 1 iyul tarixinə Azərbaycanda fərdi icazə əsasında 912 müəssisədə 7091 əcnəbi işləyib. Bu ötən ilin müvafiq dövründə fərdi icazə əsasında işləyənlərin sayından (4565) 1,6 dəfə çoxdur. Bu müddət ərzində 51 əcnəbiyə verilmiş fərdi icazə qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilib. Fərdi icazə əsasında işləyənlər ötən illərdə olduğu kimi tikintidə (36,9%) və mədən sənayesində (32%) üstünlük təşkil edir.

Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur ki, onlar arasında Türkiyə (3225 nəfər), Böyük Britaniya (1350 nəfər), Gürcüstan (312 nəfər), Hindistan (244 nəfər), ABŞ (198 nəfər) və Rusiya (176 nəfər) vətəndaşları çoxluq təşkil edir.

Daxili əmək bazarında müvafiq mütəxəssislərin mövcudluğu və təqdim olunan sənədlərdə çatışmazlıqların olması səbəbindən 340 əcnəbiyə fərdi icazə verilməsindən imtina edilib.

Qeyd edək ki, daxili əmək bazarında yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə cari il üçün respublikada əmək miqrasiyası kvotası 10700 nəfər təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR