Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov: “Bulvarın ərazisinin hər iki istiqamətdə artırılaraq 16 kilometrədək uzadılması nəzərə tutulur” – MÜSAHİBƏ
Bulvar İdarəsinin qaynar xətti - 480-18-36, (055) 281-70-00
-Gün ərzində paytaxt əhalisinin təxminən neçə faizi istirahət üçün Dənizkənarı Milli Parka gəlir? Bunun statistikası aparılırmı?
- Bu, çox çətin sualdır. Belə bir statistika aparmaq üçün ölçü vahidi yoxdur. Ümumiyyətlə, yay mövsümündə bulvara gələnlərin sayı daha çox olur. Xüsusilə gün batandan sonra istirahət üçün bulvarı seçənlərin sayı günorta saatlarında bura gələnlərin sayından üç-dörd dəfə artıq olur.
-Bulvarın ərazisinin genişləndirilməsi nəzərdə tutulurmu?
- Dənizkənarı bulvarın Əl Oyunları Sarayından başlayaraq Bayıl istiqamətində Bayraq meydanına kimi genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu ərazi ilə bağlı Dövlət Əmlak Məsələləri Komitəsi ilə yoxlama işlərini aparırıq. Zavodlar, müəyyən tikilər və müəssisələr var ki, artıq onlar o ərazidən köçürülüb. Düşünürəm ki, sentyabr-oktyabr aylarında həmin ərazidə artıq abadlıq işlərinə start veriləcək. Bununla bağlı konkret tədbirlər planı var.
-Hazırda Bakı bulvarının ərazisi nə qədərdir və genişləndirildikdən sonra nə qədər olacaq?
- Hazırda bulvarın uzunluğu 3 kilometr 700 metrdir. Genişləndikdən sonra təxminən 4 kilometrdə artacaq. Bulvarın ərazisinin gələcəkdə hər iki istiqamətdə artırılaraq 16 kilometrə qədər uzadılması nəzərdə tutulur.
-Dənizkənarı Bulvar İdarəsinin neçə işçisi var?
- 30 nəfər Bulvar İdarəsinin, yəni aparatın işçisidir. Amma idarənin iki müəssisəsi də fəaliyyət göstərir ki, onlarla birlikdə ümumilikdə 380 nəfər işçimiz var.
-Sirr deyil ki, hər zaman yerli əhali Dənizkənarı Milli Parkda əxlaqi normalara riayət olunmamasından şikayətləniblər. Bulvar İdarəsi belə hallara yol verilməməsinə nəzarət edirmi?
- Əvvəlki illərlə müqayisədə bu məsələ ilə bağlı müsbət tərəfə dəyişikliklər var. Sevindiricidir ki, insanların mədəniyyət səviyyəsi ötən illərə nisbətən bir qədər artıb. Yəni heç bir əxlaq pozuntusundan söhbət gedə bilməz. Gənc qızla gənc oğlanın skamyada mehriban oturub söhbət etmələrini mən heç də əxlaqsızlıq hesab etmirəm. Bizim mühafizə xidmətimiz, post-patrul xidməti həmin ərazidə daim kiçik həcmli maşınlarla hərəkət edirlər. Elə hallara rast gələndə öz iradlarını mədəni şəkildə bildirirlər. Son zamanlar idarəmizə bu kimi hallarla bağlı müraciətlər daxil olmayıb, şəxsən mən bu cür hallarla rastlaşmamışam.
-Bildiyimizə görə, bulvarda təhlükəsizlik kameraları da quraşdırılıb.
- Bulvarda kameralar uzun müddətdir quraşdırılıb. Bu kameralara Bulvar İdarəsi yox, Daxili İşlər Nazirliyinin müvafiq strukturu nəzarət edirlər. Orada nələr çəkilir, nələr göstərilir, artıq bu barədə mənim məlumatım yoxdur. Təxminən 6 yerdə kameraların olduğunu müşahidə etmişəm.
-İtaliyadan baha qiymətə gətirilən və bulvar ərazisində əkilən zeytun ağacları Azərbaycanın iqliminə uyğunlaşıbmı? Bir çoxları bu ağacların yeni iqlimə öyrəşməyib çürüyəcəyini deyirdi...
- O ağaclar əkilən vaxtdan sonra ağacları aldığımız şirkətin rəhbəri İtaliyadan gələrək bir neçə dəfə iqlimə uyğunlaşma prosesini yoxlayıb. O bildirdi ki, ağacların bu vaxta qədər olan problemsiz inkişafı onu qane edir. Sözsüz ki, ağacların yeni iqlimə, torpağa öyrəşməyəcəyini deyənlər vardı. Həqiqətən də yaşı çox olan ağacların gətirilməsi həqiqətən də bir qədər riskli işdir, amma hər halda təcrübəli mütəxəssislərin verdiyi zəmanət də boş yerə verməyib.
-Bulvarda yeni karusellərin quraşdırılması nəzərdə tutulurmu?
- Bulvarda yeni karusel və attraksionların quraşdırılması hər zaman gözlənilir. Bu həm yay mövsümündə, həm də qış mövsümündə gerçəkləşə bilər. Çalışırıq ki, Dənizkənarı Milli Parkda ən müasir, ən yaxşı, ən yeni texnologiyalar əsasında istehsal olunan, xüsusi ilə də İtaliya, Fransa, Almaniyanın nüfuzlu şirkətlərinin istehsalı etdiyi karusellər quraşdırılsın. Belə karusellərin həm alınması çətin başa gəlir, həm də yaxşı karuselin qiyməti baha olur. Reallaşan işlərdən biri odur ki, bulvar ərazisində “4D” formatında kino zalı açılıb. Həmin kinoteatrda filmə baxan insan bir növ özünü həmin filmin qəhrəmanı hiss edir. Bu yaxınlarda isə artıq “5D “formatında kinoteatr quraşdıracağıq. İnsanlar “4D”də olmayan əlamətləri “5D”də daha mükəmməl şəkildə hiss edəcəklər. Yaxın bir ay ərzində artıq bu kinoteatrı quraşdırmaq niyyətindəyik. Hazırda bulvar ərazisində 38 karusel və attraksion var. Ən bahalı karusel də bir nəfərin gəzməsi iki manatdır. İki manata olan karusellərin sayı 6-dır. Qalan karusellərdən istifadə haqqı isə bir nəfər üçün bir manatdır.
-Milli Pakrda nisbətən təhlükəli karusellər quraşdırılıb. Bu karusellərdə təhlükəsizliyə zəmanət verilirmi?
- Bulvar İdarəsinin nəzdində “Milli Park” Məhdud Məsuliyyətli Cəmiyyət fəaliyyət göstərir. Həmin “Milli Park” MMC-nin xüsusi bir əməkdaşı var ki, onun işi hər gün səhər və axşam karusellərin təhlükəsizliyi ilə bağlı baxış keçirməkdir. Bundan əlavə bizim Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təhlükəsizliyə baxan şöbəsi ilə müqaviləmiz əsasında vaxtaşırı karusellərə nəzarət keçirilir. İcazə verildikdən sonra həmin karusellər öz işini davam etdirir.
-Bulvarda açılan satış və ticarət mərkəzləri bulvarın işinə maneəçilik törətmir ki?
- Əlbəttə ki, mane olmur. Əksinə əhalinin bulvardakı istirahəti üçün əlbəttə ki, ticarət köşklərinin, kafelərin, restoranların fəaliyyəti zəruridir. İstirahət, gəzinti təkcə gəlib bulvarda piyada gəzib, skamyada oturub dəniz havasını udmaq deyil. Bulvarın əksər hissəsində karusel yerləşdirilməyib, daha yaşlı nəsil də nəzərə alınıb. Digər bir hissə isə daha gənc, kiçikyaşlı əhali nəzərdə tutulub. Hökumət evi ilə üzbəüz olan hissədə karusellər, attraksionlar quraşdırılıb ki, bulvarın digər hissəsindəki sakitliyə təsir etməsin. Biz belə qərara gəlmişik ki, bulvarın bir hissəsi tamamilə sakitliyi sevən insanlar üçün olsun.
-Bulvar ərazisindəki kafelərdə, dondurma və suların satıldığı məkanlarda qiymətlər Bulvar İdarəsi tərəfindən müəyyənləşdirir? Nə səbəbə bulvarda satış qiymətləri şəhərin digər yerlərindən daha bahadır?
- Ötən il bu cür problemlər tez-tez yaranırdı. Bulvar ərazisində satılan suların, dondurmaların qiymətinin bulvardan kənar yerlərə nisbətən iki dəfə baha ola bilirdi. Biz buna qarşı ötən il çox böyük mübarizə apardıq, istəyimizə müəyyən dərəcədə nail olduq. Bəlkə də bəzi satış köşklərində qiymətləri aşağı salmağa nail ola bilmirdik, amma bu il biz bunu tam olaraq bacarmışıq. Bütün köşklərdə suların da, dondurmaların da, satılan hər bir şeyin qiyməti üzərində yazılıb. Qiymətlər başqa yerlərlə müqayisədə cəmi 5 və ya 10 qəpik fərq edə bilər. Bu da normal bir haldır, dünyanın hər yerində istirahət məkanlarında, park və bulvarlarda, aeroport və dəmir yol vağzallarında qiymətlər bir qədər baha ola bilir. Burada elə bir qəbahət yoxdur. Qiymətlərə Bulvar İdarəsi tərəfindən nəzarət olunur və bütün köşklərin, satış mərkəzlərinin qarşısında böyük elan şəklində yazılıb ki, əgər kimisə qiymətdə aldatsalar, yazılan qiymətdən baha qiymətə satsalar, bizim “Qaynar xətt”ə zəng vurub öz iradlarını bildirsinlər. Belə hallar ola bilər, bu satıcı faktorudur və satıcıların hamısı da eyni deyil, hansısa fürsətdən istifadə edib beş manat artıq pul qazanmaq istəyir. Təbii ki, belə bir şey olmamalıdır və belə bir şey olanda həmin o satıcıya qarşı dərhal Bulvar İdarəsi tərəfindən cəza tədbiri həyata keçirilir. İlk növbədə ona xəbərdarlıq olunur, sonra işdən azad olunur. Belə hallar olub və bundan sonra da ola bilər. Bu cür hallarla rastlaşan şəhər əhlinin diqqətinə çatdırırıq ki, bu cür hallarla rastlaşdıqda 480-18-36, (055) 281-70-00 nömrələrinə zəng vurub, Bulvar İdarəsinin qaynar xəttinə xəbər versinlər.
-Abadlaşdırılma işləri zamanı dənizin sahilində bəzi yerlərin kənarı açıq saxlanılıb. Bu mənfi halların baş verməsinə imkan yaratmır ki?
- Bulvarda bir neçə dəfə intihar hallarının qarşısı alınıb. Mühafizə xidməti xəbərdarlıq edib, intihara imkan verməyib, və ya həmin insanlar sudan çıxarılıb. Digər hallarda isə insanlara xəbərdarlıq edilir, dənizin kənarına çox yaxınlaşanda mühafizə xidməti onların ehtiyatlı olmasını təmin edir.
-Bulvarda aparılan abadlaşdırılma işlərinin nə zaman yekunlaşdırılması nəzərdə tutulur?
- Bulvarda artıq işin 90 faizi görülüb. Yerdə qalan 10 faiz iş gələn yay mövsümünə qədər tamamilə yekunlaşacaq.
Sosial
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Xəbər Lenti
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutulub
Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək
Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi yaradılıb - FOTO
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Tural Gəncəliyev: Lyayenin mesajları Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb - FOTO - YENİLƏNİB-3
Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib
İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur
Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
ADB: Azərbaycan elektromobillər və elektrik avtobuslarından ildə 18 mln. dollara qədər karbon gəliri əldə edə bilər
Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək
Aİ lideri Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən danışıb: Bunun mükafatı çox böyük olacaq
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub - FOTO
Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər
Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
QDTİB-nin "SOCAR Trading"ə ayırdığı maliyyələşmə 70 mln. dollara çatıb
Ursula Fon der Lyayen: Aİ Ermənistana daha 18 milyon avro yardım edəcək
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib
Bağçalara uşaqların elektron qəbulu başlanılır
Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır
Azərbaycan-Aİ münasibətlərində yeni strateji mərhələ: Bakı Avropanın enerji və bağlantı xəritəsində rolunu daha da gücləndirir - RƏY
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi açıqlanıb
SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub - FOTO
Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq
İdarə rəisi: Azərbaycan Ordusu beynəlxalq sülhün təmin olunmasına mühüm töhfələr verir
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb