Bank Of Baku

Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən İctimai Komitənin iclası keçirilib

Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən İctimai Komitənin iclası keçirilib
# 20 iyul 2010 13:27 (UTC +04:00)
Bakı-APA. Məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edən və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən ictimai komitənin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda İctimai Komitənin 6 aylıq fəaliyyəti barədə məlumat verilib. Komitənin koordinatoru Əliməmməd Nuriyev cari dövr ərzində ərzində 11 cəzaçəkmə müəssisəsində üst-üstə 29 baxış (monitorinq) keçirildiyini, onlarla məhkumlara hüquqi yardım göstərildiyini, habelə İctimai Komitə üzvlərinin Azərbaycan Respublikası Prezidentinin əfv fərmanın icrasında, məhkumların əl əməyi ilə bağlı sərgidə, Penitensiar sistemdə islahatlarla bağlı beynəlxalq tədbirlərdə fəal iştirakını qeyd edib. Eyni zamanda komitə üzvləri tərəfindən cəzaçəkmə müəssisələrində məhkumlar üçün insan alveri ilə bağlı təlimlərin keçirildiyini, tərbiyə müəssisəsində 1 İyun Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə bağlı tədbirin və bəzi məhkumların ailə üzvləri ilə görüşlərin təşkil olunduğunu bildirib.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və Cəzaların Icrasına Nəzarət Üzrə Müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək, İctimai Komitə tərəfindən daxil olan təkliflərin araşdırılması istiqamətində işlər görülməsi haqqında məlumat veriblər və komitənin fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda İctimai Komitənin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğuladılar.
İclasda həmçinin İctimai Komitənin üzvləri - Elmira Ələkbərova, Zalihə Tahirova, Sahib Məmmədov, İradə Cavadova, Nəzir Quliyev, Elmari Məmişov və Şahin Camalov çıxış edərək görülən işlərin əhəmiyyətini, İctimai Komitənin milli preventiv mexanizmin mühüm həlqəsinə çevrildiyini və onun cəmiyyətdə nüfuzunun getdikcə artmasını nəzərə alaraq bundan sonrakı müddətdə də Komitənin fəaliyyətinin daha da gücləndirilməsi, məhkumların hüquq və azadlıqlarının qorunmasında etibarlı bir instituta çevrilməsinin və Penitensiar sistemdə keçirilən islahatlara dəstəyin daha da genişləndirilməsinin zəruriliyini qeyd ediblər.


İctimai Komitənin
İctimaiyyətlə Əlaqələr Departamenti
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR