Bank Of Baku

Avtomobil qəzalarında valideynlərini itirmiş uşaqlara yardım göstərilib

Avtomobil qəzalarında valideynlərini itirmiş uşaqlara yardım göstərilib
# 20 iyul 2010 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Cənubi Koreyanın «Hyundai Motors» şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti bu gün Bakıda «Gələcəyimiz üçün əl-ələ» layihəsi çərçivəsində icra etdiyi «Uşaqlarımız üçün əl-ələ» adlı aksiyasının yekunlarına dair tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Hyundai Auto Azerbaijan»ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Könül Kərimova qeyd edib ki, şirkət Azərbaycanda fəaliyyət göstərdiyi dövr ərzində bir sıra sosial layihələr həyata keçirib və bu işləri davam etdirmək niyyətindədir.

Tədbirdə çıxış edən «Hyundai Auto Azerbaijan»ın rəsmiləri aksiya çərçivəsində avtomobil qəzalarında valideynlərini itirmiş uşaqlara ümumilikdə 17 min manata yaxın birdəfəlik yardım göstərildiyini bildirib. Belə ki, bu il yanvarın 1-dən başlayan aksiya zamanı «Hyundai Auto Azerbaijan» şirkəti tərəfindən Bakı, Ağsu, Cəlilabad və Şəkidən olan valideynlərini avtomobil qəzasında itirmiş 18 yaşınadək uşaqları olan 7 ailəyə maddi yardım göstərilib.

İlkin mərhələdə «Hyundai Auto Azerbaijan» tərəfindən 50 uşağa 50 min manat məbləğində yardım göstərilməsi nəzərdə tutulsa da, müraciət edənlərin sayı bir qədər az olub. Buna baxmayaraq, aksiya üçün ayrılmış vəsait gələcəkdə digər uşaqların təhsil və sağlamlıqla bağlı problemləri və başlıca ehtiyaclarının qarşısını almaq üçün yönəldiləcək. Bununla yanaşı, digər sosial aksiyaların icrası üçün də «Hyundai Auto Azerbaijan» şirkəti əlavə vəsait ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR