Bank Of Baku

Sumqayıt şəhər İcra Hakimiyyətində 2010-cu ilin I yarımilinin yekunları ilə bağlı müşavirə keçirilib

Sumqayıt şəhər İcra Hakimiyyətində 2010-cu ilin I yarımilinin yekunları ilə bağlı müşavirə keçirilib
# 20 iyul 2010 15:56 (UTC +04:00)
Sumqayıt. Aynur Vəliyeva - APA-Economics. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində 2010-cu ilin I yarısında Sumqayıt şəhərinin sosial və iqtisadi sahələrində həyata keçirilən işlərin yekunu haqqında müşavirə keçirilib.

Sumqayıt ŞİH başçısının müşaviri Teymur Vəliyevin «APA-Economics»ə verilən məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ötən altı ay ərzində şəhərin əsas iqtisadi göstəriciləri üzrə artımın əldə olunduğunu, şəhər üzrə məhsul və xidmətlərin buraxılışında, orta aylıq əmək haqqı göstəricisində, investisiyaların həcmində keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət dinamikanın nəzərə çarpdığını qeyd edib.

Toplantıda daha sonra Gigiyena və Epidemioligiya Mərkəzinin direktoru Rafiq Abdullayev, Sumqayıt “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşviq Əsədov, 18 saylı orta məktəbin direktoru Leyla Abdullayeva, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İsmayılova, şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək hesabat dövrü ərzində görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR