Bank Of Baku

Bu il Azərbaycanda 23 nəfər istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Bu il Azərbaycanda 23 nəfər istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
# 21 iyul 2010 07:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 1561 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə əməl olunmasına dair 5031 qanun pozuntusu aşkar olunub. Müfəttişlikdən APA-ya verilən məlumata görə, iqtisadiyyatın sahələri üzrə bu pozuntulara ticarət və ictimai iaşədə (1532), sənayedə (862), mənzil-kommunal və xidmətdə (429), elm, təhsil, mədəniyyətdə (547), tikintidə (359) daha çox rast gəlinib. Hesabat müddətində əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2718 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətalara görə işəgötürənlər 302 600 manat məbləğində cərimələnib.

Vətəndaşlardan daxil olmuş 1368 ərizə araşdırılıb və nəticədə onlara 5 742841 manat gecikdirilmiş ödənclərin ödənilməsi, işdən qanunvericiliyin tələbləri pozularaq azad edildiyi müəyyən edilmiş 34 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub.
Sözü gedən müddət ərzində istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 92 bədbəxt hadisədə 23 nəfər ölüb, 77 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələr daha çox sənayedə (44), tikintidə (22), nəqliyyat və rabitədə (9) baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR