Bank Of Baku

Azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil alması üçün sənəd qəbulu başlayır

Azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil alması üçün sənəd qəbulu başlayır
# 21 iyul 2010 08:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış 2010-2011-ci təlim-tədris ili üzrə kurs planına əsasən, yeni tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, müsabiqədə 2010-cu ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 1 nəfər namizədin seçilməsi üçün 3 nəfərin siyahısı müəyyənləşdirilərək Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş İdarəsinə təqdim olunacaq. Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.

TQDK-dan bildirilib ki, Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu üçün də müsabiqə elan olunub. Bu müsabiqədə 2010-cu ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 45 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdim olunacaq.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. Müsabiqələrdə iştirak etmək istəyənlər TQDK-ya müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR