Bank Of Baku

Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələri açıqlanıb

Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələri açıqlanıb
# 21 iyul 2010 08:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 2010-2011-ci tədris ili üçün xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər arasında müvafiq ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə keçirilib. Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 331, “Yanğın təhlükəsizliyi” ixtisasına isə keçid balı 274 olub. Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 363, C. Naxçıvanski adına Hərbi Liseyə (Bakı ş.) müsabiqə nəticəsində keçid balı 210, H. Əliyev adına Hərbi Liseyə (Naxçıvan ş.) isə 150 bal olub. Bu ixtisaslar üzrə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR