Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək
# 21 iyul 2010 09:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İyulun 21-də Bakı və Abşeron yarımadasında
hava günəşli keçəcək, şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 34-38, axşam 27-29,
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək.

Havanın temperaturu gecə 25-28, gündüz 33-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 33-35 dərəcə isti olacaq.

İyulun 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 33-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 22-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

İyulun 23-24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarına dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR