Bank Of Baku

Elmira Süleymanova Qaxda ictimai dinləmələr keçirib

Elmira Süleymanova Qaxda ictimai dinləmələr keçirib
# 21 iyul 2010 12:41 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qax rayonunda olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Ombudsman E. Süleymanova rayona səfəri çərçivəsində ilk öncə Qax rayon Polis Şöbəsində olub, burada müvəqqəti saxlama təcridxanasına baxış keçirib, müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olub. Ombudsman daha sonra Qax rayon icra hakimiyyəti aparatında ictimai dinləmələr keçirib. İctimai dinləmələrdə rayon icra hakimiyyətinin, bələdiyyələrin, məhkəmə və hüquq mühafizə orqanlarının, 112 saylı DSK-nın nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən E. Süleymanova 2010-cu ilin seçki ili olduğunu bildirərək qarşıdakı seçkilərin demokratik və şəffaf keçirilməsinin vacibliyini dilə gətirib. O, dairə seçki komissiyalarının üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR