Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 99 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 99 akt və protokol tərtib olunub
# 22 iyul 2010 06:47 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyulun 1-dən 15-nə qədər ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqəli 99 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 10 göstəriş verilib. Ümumilikdə 18 iş üzrə 69110 manat məbləğində cərimə tətbiq edilib, bunun 1452 manatı ödənilib.

Ətraf mühitə dəymiş ziyanla bağlı 14 iş üzrə 1225,54 manat məbləğində iddia qaldırılıb, bunun 475,49 manatının ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 167 iş üzrə 16335,02 manat məbləğində ödəmə tətbiq edilib və 13901 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işə baxılmayıb, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 5 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

Su ehtiyatlarının mühafizəsi üzrə 10 akt tərtib olunub və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 3 icrası məcburi göstəriş verilib. 3 iş üzrə 14000 manat məbləğində cərimə, 48 iş üzrə 4465 manat ödəmə tətbiq edilib.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 13 akt və protokol tərtib olunub, 68 iş üzrə 6182,02 manat məbləğində ödəmə tətbiq edilib.

Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib edilib, 9 iş üzrə 675 manat məbləğində ödəmə tətbiq olunub.

Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 7 akt və protokol tərtib olunub. 2 iş üzrə 1300 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyanla bağlı 2 iş üzrə 247,50 manat məbləğində iddia qaldırılıb.

Tullantıların idarə olunması sahəsində aşkarlanmış qanun pozuntularına görə 35 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 7 icrası məcburi göstəriş verilib. 5 iş üzrə 3750 manat məbləğində cərimə tətbiq edilib, 42 iş üzrə isə 5013 manat məbləğində ödəmə tətbiq olunub.

Floranın mühafizəsi sahəsində qanun pozuntularına görə 28 akt və protokol tərtib edilib, 5 iş üzrə 48000 manat məbləğində cərimə tətbiq olunub, dəymiş ziyanla bağlı 11 iş üzrə 928,04 manat məbləğində iddia qaldırılıb.


Faunanın mühafizəsi sahəsində 2 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR