Bank Of Baku

Sabah ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

Sabah ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək
# 22 iyul 2010 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2010/2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılacaq. Bu il II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR