Bank Of Baku

Həftə sonu Azərbaycan paytaxtında 35-36 dərəcə isti proqnozlaşdırılır

Həftə sonu Azərbaycan paytaxtında 35-36 dərəcə isti proqnozlaşdırılır
# 22 iyul 2010 14:46 (UTC +04:00)
Bakı. Ilhamə İsabalayeva-APA. Yaxın 3 gün ərzində Abşeron yarımadasında isti hava şəraiti və mülayim şimal-şərq küləyi ilə bağlı rütubətlilik çox olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, belə hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Nazirlikdən bildirilib ki, iyulun 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 26-29, gündüz 32-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

İyulun 23-də havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 24-26, gündüz 31-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil
edəcək.

İyulun 24-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
İyulun 25-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyulun 22-də əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gecə bəzi şimal və qərb rayonlarda leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 31-36, dağlarda isə gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.

İyulun 24-25-də havanın əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda isə gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR