Bank Of Baku

Bakıda iyulun 20-dən başlayan sisli hava şəraiti bir neçə gün də davam edəcək

Bakıda iyulun 20-dən başlayan sisli hava şəraiti bir neçə gün də davam edəcək
# 22 iyul 2010 14:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometereoloji proqnozlar bürosunun mühəndisi İmran Məmmədov APA-ya bildirib ki, iki gündür paytaxt üzərində qeyri-adi hava görüntüsü müşahidə olunur. Bundan əvvəl belə hava şəraitinin olmadığını deyən İ. Məmmədov bildirib ki, buna səbəb son iki gündə paytaxtda şimal-şərq və şərq küləklərinin üstünlük təşkil etməsidir: “Bu küləklər Xəzər dənizinin üzərindən paytaxta doğru rütubətli hava kütlələrini gətirir və bu hava kütlələri yarımadaya daxil olur. Günorta saatlarında hərarətin yüksəkliyi sis hava şəraitini yaradır”.

İ. Məmmədov şimal-şərq, şərq küləklərinin yaxın 2 gün də davam edəcəyini və buna görə də paytaxtın üzərində sisin hələ bir neçə gün də qalacağını vurğulayıb: “Amma külək istiqamətini dəyişəndən sonra bu görüntü də aradan qalxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR