Bank Of Baku

Facebook-un yarım milyard abunəçisi var

Facebook-un yarım milyard abunəçisi var
# 23 iyul 2010 03:26 (UTC +04:00)
Bakı-APA. İctimai internet şəbəkəsi olan Facebook iddia edir ki, 500 milyon abunəçisi var.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, indi dünya əhalisinin 8% Facebook-a daxil olur.
6 il bundan əvvəl Harvard Universitetinin tələbəsi tərəfindən başlanmış bu internet saytı insanlar arasında ünsiyyətin xarakterini dəyişib.
Saytın yaradıcısı Mark Zukerberq milyarder olsa da, Facebook-un gəliri kifayət qədər azdır.
Sayt bu il reklam işindən 600 milyon dollar əldə edib.
Bu Google axtarış mühərrikinin qazandığı pulun yalnız kiçicik bir hissəsidir.
Zukerberq deyir ki, abunəçilərin sayı tezliklə bir milyarda çatacaq və bu rəqəmə inanmamaq olmur, belə ki, son bir neçə ayda Facebook-a 100 milyon insan qoşulub.
Lakin bir sıra analitiklər bildirirlər ki, sayt özünün kəlləçarxını artıq keçib və onun Amerika Birləşmiş Ştatlarındakı populyarlığı azalmaqdadır.
Facebook bir çox ölkələrdə əsas ictimai şəbəkə sayılsa da, bu müddəa Çin , Yaponiya, Rusiya və Cənubi Koreyaya aid deyil.
Üstəlik bu sayt Braziliya və Hindistanda gərgin rəqabətlə üzləşir.
Bununla belə Facebook problemlərdən qaça bilməyib.
Onun şəxsi sirləri qorumaq sahəsindəki fəaliyyəti kəskin tənqidə məruz qalıb.
Üstəlik saytın banisi müəlliflik haqqı sahəsində də məhkəmələrə çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR