Bank Of Baku

Sumqayıt şəhəri üzrə orta aylıq əmək haqqı 260 manat təşkil edib

Sumqayıt şəhəri üzrə orta aylıq əmək haqqı 260 manat təşkil edib
# 23 iyul 2010 08:44 (UTC +04:00)
Sumqayıt. Murad Əhmədov - APA-Economics. Bu ilin birinci yarısında Sumqayıt şəhəri üzrə sosial-iqtisadi sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı yüksələrək 260 manat təşkil edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, son 7 il ərzində bu göstərici şəhər üzrə 4 dəfə artıb.

Onu da qeyd edək ki, cari ilin birinci yarısında şəhərdə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 20,0 milyon manat, son 7 ildə isə 1 milyard 535 milyon manatdan çox investisiya yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR