Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində altı ayın yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində altı ayın yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
# 23 iyul 2010 09:05 (UTC +04:00)
Bakı-APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin 2010-cu ilin birinci yarım illiyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş nitqi ilə açan idarə rəisi Mikayıl Cabbarov hesabat dövrü ərzində görülmüş işlər və idarənin qarşısında duran vəzifələr barədə danışıb. Natiq aparılan işlərin YUNESKO-nun “Dünya İrsi Siyahısına” daxil edilmiş İçəri Şəhərə ölkə başçısı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı sayəsində reallaşdığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra İdarənin rəis müavini Samir Nuriyev abidələrin mühafizəsi sahəsində görülən işlərdən danışmış, ölkə rəhbərliyinin göstərişinə əsasən Qoruq ərazisində qəzalı binalarda məskunlaşmış 52 nəfərdən ibarət məcburi köçkün ailələrinin Bakı şəhərində yeni tikilmiş binalarda mənzillərlə təmin olunduğunu qeyd edib. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq muzeyinin direktoru hesabat dövrü ərzində muzey fondunun inventarlaşdırılmasının həyata keçirildiyini, 91 mindən artıq muzey ziyarətçisinin olduğunu, muzeyin daxilolmalarının ötən illə müqayisədə dəfələrlə artması barədə məlumat verib. Elmi-mədəni mərkəzin rəhbəri turizm infrastrukturunun inkişafı ilə bağlı aparılmış işlərdən, o cümlədən, audiogidlərin, elektromobillərin istifadəyə verilməsi, müxtəlif növ təbliğat materiallarının çapı haqqında məlumat verib. Toplantıda həmçinin İdarənin və İdarənin tabeliyində olan qurumların digər rəhbər şəxsləri hesabat nitqləri ilə çıxış ediblər. Toplantıya yekun vuran idarə rəisi Mikayıl Cabbarov İçəri Şəhərin qorunması ilə yanaşı inkişafının da İdarənin qarşısında vəzifə olduğunu bir daha vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR