Bank Of Baku

Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib

Azərbaycan gənclərinin  Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib
# 23 iyul 2010 09:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Heydər Əliyev Fondu və Litvanın Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2010-2011-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün kerçirdiyi mətbuat konfransında bildirib ki, bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

Müsabiqədə həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq ixtisas üzrə 2010-cu ildə I kursu bitirmiş tələbələr də iştirak edə bilərlər. Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR