Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində havanın hərarəti yenidən yüksəlməyə başlayacaq

Sabahdan Azərbaycan ərazisində havanın hərarəti yenidən yüksəlməyə başlayacaq
# 23 iyul 2010 11:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İyulun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, sabah şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 32-35, axşam 27-29, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 24-də hava əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 25-27, gündüz 33-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 25-də havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 32-35 dərəcə isti olacaq.

İyulun 26-da hava günəşli olacaq, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 25-28, gündüz 35-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 24-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.

İyulun 25-26-da hava əsasən yağmursuz keçəcək. Lakin 25-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 33-38, 26-da bəzi yerlərdə 40,
dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR