Bank Of Baku

Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü: “Əmək qanunvericili ilə bağlı ən xarakterik qanun pozuntusu işçilərlə əmək müqaviləsinin imzalanmamasıdır”

Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü: “Əmək qanunvericili ilə bağlı ən xarakterik qanun pozuntusu işçilərlə əmək müqaviləsinin imzalanmamasıdır”
# 23 iyul 2010 12:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə müfəttişliyin rəisi Nəbi Şükürlü 2010-cu ilin ilk 6 ayının nəticələri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ən xarakterik və tez-tez rast gəlinən qanun pozuntuları - işçilərlə əmək müqaviləsinin baglanılmaması və onun şərtlərinin yerinə yetirilməməsi (1157), əmək haqqının hesablanmaması və ödənilməməsi (588), texniki təhlükəsizlik qaydalarının tələblərinə əməl edilməməsi (657), əməyin mühafizəsinin tibbi-sosial məsələləri (505) ilə bağlıdır. Hesabat dövründə əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2718 nəfər fiziki şəxslərlə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətaya görə işəgötürənlər 302600 manat məbləğində cərimələnib. Bu məbləğin 125 min manatı (və ya təxminən 40 faizi fərdi icazə alınmadan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsinə görə olub. Vətəndaşlardan daxil olmuş 1368 ərizə araşdırılıb. Nəticədə onlara 5 742 841 manat gecikdirilmiş ödənclərin ödənilməsi təmin edilib və işdən qanunvericiliyin tələbləri pozularaq azad edilməsi müəyyən edilmiş 34 nəfər öz əvvəlki işinə qaytarılıb.

N. Şükürlü deyib ki, 2010-cu ilin ilk 6 ayı ərzində istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 92 bədbəxt hadisədə 23 nəfər ölüb, 77 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhlili göstərir ki, bu cür hadisələr daha çox sənayedə (44), tikintidə (22), nəqliyyat və rabitədə (9) baş verir.
Müfəttişlik rəisinin sözlərinə görə, rəhbərlik etdiyi qurumla Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməyin mühafizəsi kafedrası arasında əməkdaşlığa dair razılıq əldə ediblər. Bu razılaşmaya əsasən, gələcəkdə müfəttişliyin mütəxəssislərinin universitetdə təşkil olunan seminarlarda iştirak etmələri, tələbələrinin müfəttişlikdə, aidiyyəti müəssisələrdə praktiki hazırlığının təşkil olunması planlaşdırılır.

N. Şükürlü qeyd edib ki, Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Beynəlxalq Alyansının İdarə Heyətinin qərarı ilə təşkilatın növbəti konfransı bu ilin payızında Azərbaycanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR