Bank Of Baku

Azərbaycanda əmək miqrasiyası kvotası 10700 nəfər müəyyənləşdirilib

Azərbaycanda əmək miqrasiyası kvotası 10700 nəfər müəyyənləşdirilib
# 23 iyul 2010 13:21 (UTC +04:00)
APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev bu ilin ilk 6 ayının yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, respublikada əmək miqrasiyası kvotası 10700 nəfər təsdiq edilib. Onun 3609-u hələ vakantdır. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti göstərir. Onların arasında Türkiyə (3225 nəfər), Böyük Britaniya (1350 nəfər), Gürcüstan (312 nəfər), Hindistan (244 nəfər), ABŞ (198 nəfər), Rusiya (176 nəfər), İran (168), Çin (151) vətəndaşları çoxluq təşkil edir.

Fərdi icazə əsasında işləyənlər arasında mədənçıxarma, tikinti, emal sənayesi üzrə işləyənlər çoxluq təşkil edir. Mədənçıxarma sənayesi üzrə təsdiqlənən 2700 kvota üzrə 2272 nəfər çalışır ki, onların da arasında Böyük Britaniya, tikinti sahəsi üzrə çalışanlar arasında isə Türkiyə vətəndaşları üstünlük təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR