Bank Of Baku

Xəzəryanı ölkələr üçün kürü və digər nərə məhsullarının ixrac kvotaları müəyyənləşdirilib

Xəzəryanı ölkələr üçün kürü və digər nərə məhsullarının ixrac kvotaları müəyyənləşdirilib
# 24 iyul 2010 08:58 (UTC +04:00)
APA-nın BMT-nin xəbərlər xidmətinə istinadən verdiyi məlumata görə, kvotalar Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran təmsilçilərinin Tehrandakı görüşündə razılaşdırılıb. Kürü və nərə ətinin ixracına dair beynəlxalq icazə 2011-ci ilin 28 fevralına qədər qüvvədə olacaq.

Xəzəryanı ölkələr dənizdəki nərə ehtiyatının son illər azaldığını nəzərə alaraq 2008-ci illə müqayisədə bu il kürü və nərə məhsulları ixracını azaltmağı qərarlaşdırıblar. Xatırladaq ki, 2009-cu ildə Xəzəryanı ölkələr ixracın həcminə dair razılıq əldə edə bilmədikləri üçün beynəlxalq qurumdan bu məhsulların xaricə satışı ilə bağlı icazə ala bilməmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR